Arche Luxury Furniture

Sayt naviqasiyası:
Haqqımızda
Məhsullarımız
Əlaqə

Haqqımızda

Şirkətimiz Türkiyənin paytaxtı Ankara şəhərində mebel ticarəti sektorunda fəaliyyətə başlamışdır.

2003-cü ildə Azərbaycanda ilk addımımızı ARCHE mebel mağazamızı açaraq modern üslublu mebellərlə müştərilərimizə rahatlıq və müasirlik bəxş etdik. Avangard zövqünü yaşatmaq və özəl olaraq bu üslubu sevən insanlar üçün 2007-ci ildə MOZEN mağazamızı açdıq.

Sayca üçüncü olan KESSA CONCEPT mebel mağzamızı 2011-ci ildə sizlərin xidmətinə verdik. Bu dəfə də tam fərqli olaraq - Romantic Barocco üslubu ilə Azərbaycanda yenilik etməyə nail olduq.

2011-ci ildə KESSA KIDS mebel mağazamızı açdıq. Yenə tələbatı göz önünə alaraq bu mağazamızda da türk mebeliylə yanaşı İtalya istehsalı olan mebellərin də satışına başladıq.

2012-ci ildən ölkəmizdə italyan mebelinə olan marağı nəzərə alaraq, İtalyanın öndə gedən firmaları ilə Azərbaycanda KESSA ITALY adı altında yeni mağazamızı sizlərin xidmətinə verdik.

2019-cu ildə dizayn və mebel zövqünün yaratdığı təlabatı nəzərə alaraq şəhərin ən gözəl yerlərindən biri olan Heydər Əliyev prospektində Arche Luxury adlı mağazamızı və markamızı yenidən bərpa etdik.

Eyni ildə ölkəmizdə mebel sektoruna nəzərən zəif inkişaf etdiyini analiz etdiyimiz döşək, yastıq və yorğan sektorunda da bir ilk yaradaraq Amerikann məşhur markalarını özündə birləşdirən Dartiste Bedding mağazamızın fəaliyyətinə start verdik. Bununla da Azərbaycanda döşək sektorunda keyfiyyətin nə və necə olduğunu göstərməyə çalışdıq və nail olduq.

Bunlarla yanaşı dunyaya açılan ilk qolumuz Rosella mağazası ilə də Dubayda mebel sektorunda tez bir zamanda tanınmağı və böyük müştəri kütləsinə özümüzü sevdirməyi bacardıq. Xüsusi layihələndirmə, dizayn və sizin istəyinizə uyğun proyektlər hazırlamaq bizim uzun illərdən bəri böyük sevgiylə gördüyümüz bir işdir.

Məhsullarımız

Məhsullarımız saytda gördüklərinizlə kifayətlənməyib, günü gündən yenilənən müxtəlif tərz mebellərlə daha da zəngindir.

Əlaqə məlumatları

Ünvan
Azərbaycan, Bakı şəhəri, Heyder Əliyev prospekti 79/2